Mavi Mərmərədə sağ qalan yazıçı İbrahim Sediyani: “İsrail 9 nəfəri qətlə yetirdi, Ərdoğan isə gəmini batırdı”

Parveke / Paylaş / Share

Mavi Mərmərədəki 587 nəfərin arasında olan və hazırda Almaniyada yaşayan yazıçı İbrahim Sediyani: “İsrail hәmin gün 9 nəfəri öldürdü, amma Ərdoğan bu razılaşma ilə Mavi Mərmərəni tamamilə batırdı.”

     Türkiyə və sionist İsrail rejimi arasındakı böhran 6 ildәn sonra əldə olunan razılaşma ilə aradan qaldırılır. Razılaşmaya əsasən, Türkiyə 2010-cu ildə Qəzzaya humanitar yardım aparan Mavi Mərmərə gəmisinə hücum edәn və doqquz nəfəri qətlə yetirən sionist İsrail əsgərlərinə qarşı iddia qaldırmayacağına dair bir qanun qəbul etmək məcburiyyətindədir.

     Razılaşmanın Qəzza blokadası ilə əlaqədar hissəsi isə hələ müəmmalı olaraq qalır. Hökumət və ona yaxın media mövzuyla əlaqədar blokadanın aradan qalxacağını bildirsələr də, sionist İsrail rejimi mühasirənin davam edəcəyini, ancaq humanitar yardımların Aşdod limanından fələstinlilərə çatdırılacağını söyləyir.

     Deyerler.org Türkiyə mediasına istinadən xəbər verir ki, hücum əsnasında Mavi Mərmərədəki 587 nəfərin arasında olan və hazırda Almaniyada yaşayan yazıçı İbrahim Sediyani, Türkiyə ilə sionist İsrail rejimi arasındakı razılaşmaya belə şərh verib: “Türkiyə, sionist İsrail rejiminin illərdir məşğul olub, edə bilmədiyini bacardı və dünyanın tanımadığı Qəzza blokadasını tanıyan ilk ölkə oldu. Aşdod limanı üzərindən humanitar yardım çatdırılacaq deyirlər. İsrail Aşdod limanının istifadə edilməsinə onsuz da icazə verirdi. Mavi Mərmərə basqınının səbəbi, 587 nəfərin yardımı Aşdoda buraxmaq əvəzinə, birbaşa Qəzzaya aparmaq istəməsi idi. İsrail hәmin gün 9 nəfəri öldürdü, amma Ərdoğan bu razılaşma ilə Mavi Mərmərəni tamamilə batırdı. Ərdoğan utanmadan insanların gözünün içinə baxaraq yalan söyləyir. Bu razılaşmada nə Mavi Mərmərə, nə də Qəzza xalqının hüquqları nəzərə alınmayıb. Bir nəfər də olsun Mavi Mərmərə sərnişinlәrindәn bu razılaşmadan məmnun olduğunu göstərə bilməzsiniz. Bu gün Ərdoğanın etdiyi bu razılaşmanı qələbə kimi təqdim edənlər, əslində 27 May 2010-cu ildə o gəmiyə minməyə qorxanlardır.”

     DEYERLER

     (AZERBAYCAN)

     30 İYUN 2016

erdoğan mavi marmara'yı batırdı 1


Parveke / Paylaş / Share

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir